Rusiyanın energetika naziri Aleksandr Novak və OPEK-ə üzv bir neçə ölkənin nümayəndələri Qətərin paytaxtı Dohada keçirilən danışıqların yekunu üzrə neft hasilatını 11 fevrala olan səviyyədə dondurmaq barədə razılıq əldə ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Bildirilir ki, Səudiyyə Ərəbistanı da bu təkliflə razılaşıb.