Ronaldo: “Qızıl top” Messiyə verilməlidi”

Ronaldo: “Qızıl top” Messiyə verilməlidi”

Əfsanəvi futbolçu, Braziliya yığmasının sabiq üzvü Ronaldo maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytı xəbər verir ki, Lionel Messi və Kriştianu Ronaldonu müqayisə edən “fenomen” “Qızıl top” mükafatına layiq hesab etdiyi oyunçunun adını açıqlayıb. 

O bildirib ki, adaşı güclü futbolçu olsa da, Messidən geri qalır: “Lionel Kriştianudan parlaq oyun nümayiş etdirir. Messinin çıxışı tamdı və əminəm ki, “Qızıl top” mükafatı bu il ona qismət olacaq. Mənim seçimim Leodu. “Qızıl top” Messiyə verilməlidi. Onun oyununu daha çox bəyənirəm. Messi meydanda maksimum dərəcədə effektli çıxış göstərir”. 

Qeyd edək ki, “fenomen” karyerası ərzində 3 dəfə dünyanın ən yaxşı oyunçusu seçilib.  

Bu kateqoriya üzrə digər xəbərlər