Ərzaqlar:
Mal əti – 500 qr.
Noxud – 400 qr.
Pomidor - 5 ədəd
Şirin bibər – 1 ədəd
Acı bibər – 1 ədəd
Duz, istiot
Sarımsaq – 2 diş
Soğan - 1 ədəd
Ərinmiş kərə yağı – 50 qr.
Hazırlanması: Noxud 1 sutka əvvəldən islağa qoyulur. Sonra suyu süzülür, yaxşıca yuyulur. Mal əti orta tikələrə bölünür, qazanda ərinmiş kərə yağında qızarana kimi bişirilir. Elə ki, ət hazır oldu, ona noxudu əlavə edib, tez tez qarışdırırıq. 6-7 dəqiqə birgə bişir. Sonra qazana noxudun üzəri bağlanana kimi su alıb, qaynara düşənə kimi saxlayır, qaynara düşən kimi odu minimum azaldıb, qazanın qapağını bağlayırıq, 1 saat bişiririk.
Pomidorların qabığını soyur, kub formasında doğrayırıq. Bibərlər xırda doğranılır. Yeməyin hazır olmasına 20 dəqiqə qalmış bibər və pomidor əlavə olunub qarışdırılır. Duz, istiot səpilir. Bir az su əlavə edir, qapağı bağlayıb, daha 20 dəqiqə vam odda bişiririk.
Soğan halqavari doğranılır, suda yuyulur, sıxılır. Duz, istiot vurulur. Elə ki, ət, noxud tam həll bişdi, sarımsaqları əzib qazana atır, qarışdırır və odu dərhal söndürürük.
Boşqaba yemək çəkilir, kənarlarına soğan qoyulur. Bu yemək nə sulu, nə də çox quru olmalıdır. Nuş olsun!
Mənbə: Sufrem.az