Tərkibi:
10 portağal
0.5 st. limon şirəsi
50 q jelatin
2 st. şəkər tozu
Hazırlanması:
Jelatinin üstünə bir qədər su töküb şişməsi üçün bir kənarda saxlayın.
Portağalları təmizləyin, dilimləyib blenderdə xırdalayın. Alınan püreni ələkdən keçirin.
Limon şirəsi qatıb vam ocağın üzərinə qoyun.
Jelatini əlavə edin, jelatin tam əriyənədək qızdırın (qaynatmaq olmaz!)
Alınan kütləni formalara töküb soyudun.
Əgər formalar böyükdürsə, donandan sonra çıxarıb doğrayın, üzərinə şəkər tozu səpin.
Nuş!