Pişik saxlamaq istəyənlər gərək bunları bilsin

Pişik saxlamaq istəyənlər gərək bunları bilsin

Pişiklər bir çoxlarımızın sevdiyi ev heyvanlarıdır. Əgər siz də evinizdə pişik saxlamaq istəyirsinizsə, bu təcrübəni yaşamış insanlardan mütləq məsləhət alın. Çünki bu ya siz düşündüyünüz formada olmaya, ya da sizə çətin görünə bilər.

Pahoo.az pişik saxlayanlardan öyrəndiyi bəzi vacib məsələləri sizinlə paylaşır:

  • Pişiklər adətən onlar üçün diqqətlə seçərək aldığınız xalça və kiçik evlərdə qalmırlar. Ona görə də, ilk əvvəl pişiyinizin vərdişlərini öyrənin. daha sonra bahalı əşyalar alın.
  • Pişik ilk zamanlarda xalça və evin fərqli yerlərini özünə “ayaqyolu elan edə bilər.” Bu etdiyi zaman qazet kağızı ilə nəcisini tərs çevirərək qum ləyəninə qoyun. Növbəti dəfə yenə başqa yerə etsə pişiyi əlinizə alaraq ləyənə aparın. Həmin ləyəni isə həmişə az da olsa tualet qoxusunun gələcək qədər təmizləyin. Bu onun həmin yerə öyrəşməsinə səbəb olacaq.
  • Qum alarkən incə dənəli olanlardan almağa çalışın. Ləyəni üç həftədən bir təmizləməli olduğunuzu unutmayın. Pişiyin nəcisini isə tez-tez götürün, yoxsa həm sizin, həm də pişiyin xəstələnmək ehtimalı çox yüksəkdir.
  • Pişiyinizə ev yeməyi verə bilərsiniz, ancaq mütləq pişik yeməylərini də ara-sıra verməyi unutmayın. Bu onların mütləq qəbul etməli olduğu vitamin ehtiyacını qarşılayacaq.
  • Pişik yeməyi alarkən əgər ən ucuz olanlarını tərcih etsəniz, təkribində “toyuq əti” olanları almayın. Onların içində toyu əti əvəzinə dəri, dırnaq kimi zərərli şeylər olur.
  • Mümkün olduğu qədər, qumu və pişik yemini 15 kiloluq olanlardan alaraq, geniş mənada xərcinizi minimuma endirə biləsiniz.
  • Tez-tez çimizdirməyin! Çox məcbur olmadıqca, pişiyi çimdirmək lazım deyil.
  • Bişirilməmiş ət məhsulları, badımcan və çoxlu süd məhsulları yeməyinə icazə verməyin.

Pişikdən istəmədiyiniz yerdə yatmamısını, istəmədiyiniz yerə çıxmamasını tələb etməyin. Böyük ehtimalla ona məğlub olacaqsınız.

Bu kateqoriya üzrə digər xəbərlər