Pide

Pide

Ərzaqlar:

Xəmir üçün:
Un – 400 qr.
Su – 270 ml.
Şəkər – 1 ç.q.
Duz – 1ç.q.
Maya – 10 qr.

İçlik üçün:
Sürtgəcdən keçirilmiş pendir – 30 qr.
Pomidor – 1 ədəd
Çili bibər – 1 ədəd
Yumurta – 1 ədəd

Hazırlanması: 

Un ələnir, duz qatılır. Stəkanda otaq hərarətində suda maya və şəkər həll olunur, şişən kimi una əlavə olunub, qarışdırılır. Xəmir soyuducuda 6-7 saat saxlanılır.

Taxtanın üzərinə un səpilir, xəmir 4 hissəyə ayrılıb, oval formada açılır. Ortasına uzunsov formada pendir səpilir, pomidor dilimləri, bibərlər düzülür. Kənarları qatlanır. Düz mərkəzinə yumurta çırpılır, duz, istiot vurulur.  İstəsəniz 2 ədəd də yumurta vura bilərsiz.

Sobada 250 dərəcədə üzəri qızarana kimi bişirilir. Nuş olsun!

Mənbə: Sufrem. az 

Bu kateqoriya üzrə digər xəbərlər