Aktrisa Pərvin Abıyeva rol aldığı “Gecə qonağı” filminin təqdimat mərasiminə qatılıb.
Aktrisa sarı sinə dekolteli libası ilə diqqət çəkib.
Abıyeva ailə qurması haqda yayılan xəbərlərə də aydınlıq gətirib:
“Ailə qurmağa hazırlaşıram, ailələr arasında tanışlıq olsa da, üzük taxılmayıb. Toya hazırlaşıram. Gələcək həyat yoldaşım, şou aləmindən uzaq biridir. Deyə bilərəm ki, mənim tam əksimdi. Ailə qursam da, aktrisalıqdan uzaqlaşmayacam. Nişanlım hər işimdə mənə dəstək olur və qadağalar qoymur”.
Qafqazinfo