Tərkibi: 3 x/q un, 1 x/q kərə yağı, 3 st süd, 2 st toyuq suyu, 2 brokkoli, 2 diş sarımsaq, 1 st çedder pendiri, 1 soğan, 0.5 st krem, kəklikotu, duz/istiot. Hazırlanması: Kərə yağını əridin. Unu həmin yağda qovurun. Brokkolini, soğanı, sarımsağı doğrayıb süd, krem və toyuq suyu ilə birlikdə qazana töküb bişirin. Suyu çəkilənə yaxın duzu, istiotu, kəklikotunu da əlavə edin. Blenderdən keçirin. Üzərinə rəndələnmiş çedder pendiri səpin.