Tərkibi: 4 ədəd yumurta, 250 ml qatıq, 1 stəkan şəkər, 1 paket vanil, 300 qram un, 130 ml bitki yağı, 1 paket qabartma tozu, 4 ədəd mandarin, 1 xörək qaşığı şəkər pudrası. Hazırlanması: Yumurta köpüklənənə qədər çalırıq. Şəkər və vanil əlavə edib yenidən çalırıq. Daha sonra qatıq və bitki yağını əlavə edir və yenidən çalırıq. Bundan sonra az-az un əlavə edib qarışdırırıq. Qəlibi yağlayıb xəmiri əlavə edin. Naringi qabığını soyub xəmirin üzərinə düzürük. 180 C temperaturda 50 dəqiqə bişiririk. Soyuduqdan sonra üstünə şəkər kirşanı səpib yeyin.