Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir.
Bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyə çalışın.
- Zülal orqanizm üçün olduqca vacibdir. Zülal orqanizmdə "tikinti" funksiyanı yerinə yetirir, zülal toxumaların və o, cümlədən, qığırdaq toxumasının bərpasında iştirak edir.
Oynaqlar üçün xeyirli olan zülal mənbələri: toyuq, balıq, yumurta. Həmçinin ətin tərkibində birləşdirici toxumanın bərpası üçün çox vacib olan sink mineralı var.
- C vitamini kollagen toxumasının sintezində iştirak edir, oynaqların davamlılığını və möhkəmliyini artırır, oynaqda iltihabı azaldır.
C vitamini mənbələri: itburnu, qara qarağat, sitrus meyvələri, kələm, bolqar bibəri.
- Kükürd qığırdaqların tərkibinə daxildir.
Kükürd mənbələri: kələm, soğan, lobya, noxud, alma, sarımsaq və həmçinin mal əti, balıq, yumurta.
Qığırdaq toxumasının sağlamlığına tərkibində jelatin olan məhsullar (xaş, kisel, jele) çox yaxşı təsir edir. Bu qidaları daha tez-tez yeməyə çalışın. Lakin nəzərə almaq lazımdır ki, xaş çox yağlı və "ağır" qidadır. Xaşı həftədə 1 dəfə yemək kifayətdir. Kisel və jele isə hər gün sizin qidalanmanızda ola bilər.
- Selen mineralı da oynaqların sağlamlığı üçün çox vacibdir. Bu mineral dəniz məhsullarının (midiya, krevet), kokosun, braziliya qozun tərkibində çoxdur. Həmçinin bu mineral sarımsağın, yumurtanın, treska balığın, dəniz yosunların tərkibində var.
- Kalsium da oynaqlar üçün çox vacib mineraldır.
Kalsium mənbələri: kəsmik, pendir, şor, qatıq.
Oynaqlarınız ağrıyırsa, qidalanmanızda hisə verilmiş, qızardılmış, konservləşdirilmiş qidaları, pomidor, badımcan kimi tərəvəzləri, qırmızı əti (mal, qoyun əti) azaltmaq lazımdır.
(saglamolun.az)