Lotereyada 49,5 milyon dollar uddu

Lotereyada 49,5 milyon dollar uddu

Kanadada naməlum şəxs "Lotto 6/49" lotereyasında 49,5 milyon dollar udub.

Trend-in TASS agentliyinə istinadən verdiyi xəbərə əsasən, uduş Kanadanın lotereya tarixində ən böyük uduş kimi qeydə alınıb.  Uğurlu lotereya bileti Kanadanın Mississoqa şəhərində satılıb.

Bundan əvvəl "Lotto 6/49" lotereyasının ən böyük uduşu 47,4 milyon dollar olub. Bu məbləği 2013-cü ildə  4 nəfər öz aralarında bölüb.

Bu kateqoriya üzrə digər xəbərlər