Şokolad kolbasası

Şokolad kolbasası

Ərzaqlar:
Peçenye – 300 qr.
Kərə yağı – 300 qr.
Kakao (toz) – 5 x.q.
Şəkər tozu – 0,5 st.
Qoz ləpəsi – 4 x.q.

Hazırlanması:
Əvvəlcə peçenyeləri blenderdə həll edirsiniz. Kərə yağını kiçik qazana qoyub, əridirsiz, əriyən kimi üzərinə şəkər tozunu tökürsüz və dayanmadan qarışdırırsınız. Şəkər əriyibsə, o zaman kakao və qoz qırıntılarını tökməyin vaxtıdır. Yaxşıca qarışdırırsınız.
İndi üyüdülmüş peçenyeləri də bu kakaolu qarışığın üzərinə əlavə edirsiz və çox yaxşı qarışdırırsınız ki, bir-birinə tam qarışsın.Qatı kütlə alınacaq.
Taxtanın üstünə qida plonkası sərirsiniz və bu kütləni ora boşaldırsınız. Rulet kimi bükürsünüz və soyuducuya qoyursunuz. 1-2 saatdan sonra çıxarıb, dilimləyirsiniz və çayın yanında süfrəyə verirsiniz!

 

Mənbə: Sufrem.az

Bu kateqoriya üzrə digər xəbərlər