Naringi piroqu.

Naringi piroqu.

Ərzaqlar:

Un – 170 qr.
Yumurta – 2 ədəd
Naringi şirəsi – 120 ml.
Şəkər tozu – 120 qr.
Kərə yağı – 120 qr.
Qabartma tozu – 1 ç.q.

Hazırlanması:

Yumurta, şəkər tozu, əridilmiş kərə yağı bir qabda mikserin köməyi ilə qarışdırılır. Sonra mandarin şirəsi əlavə edilir, qarışdırılır.
Ayrıca bir qabda unla qabartma tozu qarışdırılır, onlar da yumurtalı kütlənin üzərinə tökülür, qarışdırılır.
Forma yağlanır. Xəmir səliqə ilə buraya tökülür. Əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 45 dəqiqə bişirilir.

 

Mənbə: Sufrem.az

Bu kateqoriya üzrə digər xəbərlər