Tərkibi:
1 stəkan bulğur
3-4 ədəd xiyar turşusu
1 baş soğan
Yarım dəstə cəfəri
Bir neçə yarpaq reyhan
1 ədəd böyük nar
1 stəkan qoz
Sous üçün:
1 ədəd limon
2 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı sirkə
Duz
Qara istiot
Hazırlanması:
Bulğuru böyük bir qaba töküb üzərinə qaynar su əlavə edin. 15-20 dəqiqə sonra orta böyüklükdə doğradığınız turşunu, soğanı, göyərtini, narı və qozu əlavə edib qarışdırın. Kənarda sous üçün olan məhsulları qarışdırıb salata əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra salatı nar dənələri ilə bəzəyin.