Müğənnilər toy qiymətini qaldırdılar

Müğənnilər toy qiymətini qaldırdılar

Həftənin ilk günündən dolların devalyasiyası ölkədə bir sıra sektorlarda qiymət artımına səbəb oldu.
Bu, müğənnilərin toy qiymətlərinə də təsir etdi. Belə ki, əksər ifaçılar toy qiymətlərini qaldırdılar.
oxu.az bu məqsədlə bir neçə məşhur ilə əlaqə saxlayıb.


Əlikram Bayramov: "Əvvəl toylara 2500 manata gedirdimsə, indiki şəraitə görə bunu 3000 manat etməli olacağam".

Cavad Rəcəbov: "Mən Lənkəran toylarının ifaçısıyam. Bakıda toy bazarına qatılan müğənnilərdən fərqli olaraq baha qiymətə toy aparmıram. Mənim toy qiymətim 500 -700 arasında dəyişir.14 nəfərlik komandam var, qazancımı onlarla bölürəm".
"Vergilər Nazirliyinin tərtib etdiyi siyahıda sizin də adınız var. Nə qədər cərimə ödəməli oldunuz?" sualına isə ifaçı belə cavab verib:
"VÖEN-im var, vergini ödəyirəm. Mənə 235 manat məbləğində cərimə yazılmışdı. Onu da aparıb ödəmişəm".

Müğənni Vasif Məhərrəmli: "Hələ ki, gözləmə mövqeyindəyəm.Toy qiymətində heç bir dəyişiklik yoxdur".


Əməkdar artist Elza Seyidcahan: "Hələlik dəqiq məbləğ müəyyənləşdirməmişəm, amma dəyişiklik edəcəyəm".


Rəqqas İlham Kərimli: "Əvvəl 300 manat idi, indi isə 400 manat olacaq".

Bu kateqoriya üzrə digər xəbərlər