Mud cake

Mud cake

Tərkibi:
250 qr kərə yağı
2 çay qaşığı qranullar qəhvə
300 qr un
1 paket qabartma tozu
250 qr toz şəkər
1 çay qaşığı karbonat
4 ədəd yumurta
2 yemək qaşığı duru yağ
120 ml süd
250 qr bitter (acı) şokolad
180 ml su
70 qr kakao

Üzəri üçün:
1 çay stəkanı krem
250 qr şokolad
1 yemək qaşığı kərə yağı

Hazırlanması:
Unu, qabartma tozunu, kakaoyu və karbonatı bir qaba ələyin.180 ml suyu istidin. İçinə şokolad, kərə yağı və qəhvəni əlavə edib qarışdıraraq əridin. Krem halına gəldiyində ocaqdan alın. Yumurta və şəkəri ayrı bir qabda 1 dəqiqə çırpın. Üzərinə süd və duruyağı və krem halına gətirdiyiniz şokoladlı qarışığı əlavə edib qarışdırın.Ələnmiş unlu qarışıma əlavə edib qarışdırın. Qarışığı yağlanmış keks qəlibinə tökün. Əvvəldən 180 C-yə isidilmiş sobada 80 dəqiqə bişirin və soyumağa buraxın. Üstünün sousu üçün, krem, şokolad və kərə yağını şüşə bir kasaya alın. İçi isti su dolu bir qazanın içinə kasayla birlikdə qoyub əridin. Əridiktən sonra ocaqdan alıb soyumağa buraxın. Keks soyuduqdan sonra yüngül ilıq sousu üzərinə tökün. Dilimləyərək dondurma ilə birlikdə xidmət edin.

Mənbə: Dadlı.az

Bu kateqoriya üzrə digər xəbərlər