İnsanlar yeni müalicəsi olmayan SARS-virusu (“bənövşəyi ölüm”) təhlükəsi ilə üzləşiblər.
Oxu.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə ABŞ-ın Şimali Karolina Universitetinin alimləri bəyan ediblər.
Məlumata əsasən, virus insana yarasalardan keçir. İlk yoluxma halı 2002-ci ildə Çində qeydə alınıb.
Alimlər virusu öyrəndikdən sonra onun yüksək patogenli olduğu nəticəsinə gəliblər.
Mövcüd olan bütün dərmanlar xəstəliyə qarşı təsirsiz, effektsizdir.
Statistikaya əsasən, virusa yoluxma zamanı ölüm ehtimalı 10%-dir.