Gülşənin klipindəki intim səhnələrə görə xəbərdarlıq - VİDEO

Gülşənin klipindəki intim səhnələrə görə xəbərdarlıq - VİDEO

Müğənni Gülşənin "Dan Dan" klipi Türkiyənin ali televiziya qurumu olan RTÜK tərəfindən tənqid olunub.

Axşam.az-ın "Milliyet"ə istinadən məlumatına görə, ABŞ-da şəhərlər arası bir yolda yerləşən oteldə çəkilən klipdə ifaçının geyindiyi "sinə dekolteli qırmızı bir mayo və dizüstü qırmızı dəri çəkmə" ilə "bədənini nümayiş etdirdiyi" deyilib.

RTÜK hazırladığı ərizədə Gülşenin davranışlarını uyğun saymayıb:

"...Müğənninin yataqda göstərdiyi davranışları, telefon danışığı intim xidmət verən qadınların reklamına bənzəyir".

Mahnının nəqarətindəki "öldürərəm özümü, dan-dan" hissəsi də RTÜK-ün etirazına səbəb olub . Qurum "Uşaq və gənclərin fiziki, zehni və əxlaqi inkişafına təsir edə biləcək səhnələr..." səbəbilə klipi yayımlayan "Kral Pop", "NR1", "Power Türk" və "Dream Türk" kanallarına xəbərdarlıq cəzası verib.

Bu kateqoriya üzrə digər xəbərlər