Ərzaqlar:
Yaşıl mərcimək – 1 st.
Salat yarpaqları – 2-3 ədəd
Yaşıl soğan – 2-3 sap
Pomidor – 1 ədəd
Cəfəri – 30 qr.
Üzüm – 20 qr.
Nanə - 20 qr.
Dəfnə yarpağı – 1 ədəd
Paprika (şirin bibər tozu) 1 ç.q.
Zeytun yağı –30 qr.
Balzamik sirkə - 2 x.q.
Limon suyu – 2 x.q.
Duz, istiot – zövqə görə
Hazırlanması:
Mərci yuyulub, süzülür, 10 dəqiqə suda bişirilir. Çox yumşaq olmasın. 15 dəqiqə ərzində soyudulur, süzgəcdən keçirilir.
Qazanda 0,5 litr suda 20 dəqiqə ərzində mərci yenidən bişirilir, bura 1 ədəd dəfnə yarpağı da atılır. Hazır bişmiş mərci süzülür, soyudulur, salat qabına qoyulur. Kahı və ya salat yarpaqları iri-iri doğranılıb bura əlavə olunur. Daha sonra üzüm, doğranmış pomidor, soğan, cəfəri, nanə qatılır. Hamısı qarışdırılır.
Ayrıca qabda zeytun yağı, balzamik sirkə, limon suyu, paprika, duz, istiot qatılıb, tam həll olana kimi çalınır. Sous salatın üzərindən gəzdirilir, qarışdırılır, qapağı örtülüb, soyuducuda 40 dəqiqə saxlanılır ki, özünü tutsun. Sonra süfrəyə verilir. Nuş olsun!
Mənbə: Sufrem.az