Mərakeş şorbası

Mərakeş şorbası

Ərzaqlar

Mərci – 2 st.
Bitki yağı – 4 x.q.
Kök – 3 ədəd
Baş soğan – 1 ədəd
Sarımsaq – 3 diş
Kərəviz – 4 gövdə
Dəfnə yarpağı – 1 ədəd
Duz, istiot
Xama

Hazırlanması

Qazanda 3 litr su qaynadılır. Kök sürtgəcdən keçirilir və qaynayan suya əlavə olunur,10 dəqiqə bişirilir.
Ayrıca bitki yağında xırda doğranmış soğan qızardılır, buna sarımsaq da qatılır. Daha sonra doğranmış kərəviz əlavə olunub 1-2 dəqiqə bişirilir. Duz, istiot səpilir.
Kök olan bulyona 2 stəkan yuyulmuş mərci qatılıb, 20 dəqiqə orta odda bişirilir. Sonra şorbaya tavadakı soğança qatılır. Dəfnə yarpağı atılır, qapaq örtülür, zəif odda, daha 15 dəqiqə bişirilir. Duzunu yoxlayın. Hazır olan kimi boşqaba çəkib, boşqaba bir qaşıq xama qoyun.

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər