Mimoza topları

Mimoza topları

Ərzaqlar:

Balıq konservi – 1 qab
Kartof – 2 ədəd
Kök – 1 ədəd
Yumurta – 2 ədəd
Pendir – 70 qr.
Yaşıl soğan – 40 qr.
Soya sousu – 1 x.q.
Xama – 2 x.q.

Hazırlanması:

Ərzaqlar bişirilir, soyudulur. Konservadan artıq yağ, su süzülür, balıq çəngəl ilə əzilir. Kök, kartof sürtgəcin iri gözündən, yumurta və pendir isə xırda gözündən keçirilib, balığa qatılıb qarışdırılır. Yaşıl soğan xırdalanıb əlavə olunur.  Duz, istiot vulur, soya sousu və xama əlavə edilir. Salat özünü tutması üçün soyuducuya qoyulur. Sonra salatdan götürüb əlinizlə top formaları verirsiz. Nuş olsun!
 

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər