Ərzaqlar:
Naxçıvan lavaşı – 3 ədəd
Mayonez – 250 qr.
Bişmiş yumurta – 3 ədəd
Holland pendiri – 200 qr.
Yağlı balıq konservi – 1 banka
Şüyüd
Yaşıl soğan
Hazırlanması:
Lavaşları ayrı-ayrılıqda açırıq və içinə mayonez çəkirik. Birinə sürtgəcdən keçirilmiş yumurta səpirik, ikincisinə, pendir, üçüncüsünə isə çəngəllə əzilmiş balıq. Sonra hər birinin üstünə duz-istiot səpirik, xırdalanmış göyərtiləri tökürük.
İndi ruleti hazırlamağın vaxtıdır. Birinci lavaşı incə formada rulet şəklində bükürük, sonra onu ikincinin içinə qoyuruq və rulet halına salırıq. Və nəhayət, bu ruletləri də 3-cünün içinə qoyub fırladırıq. Beləcə, mimoza ruletimiz hazır!
Soyuducuda qalandan sonra dilimləyib süfrəyə verə bilərsiz!
Mənbə: Sufrem.az