İspaniyanın Madrid şəhərində yerləşən şəxsi evdən ekspressionist Frensis Bekonun beş əsəri oğurlanıb, onların dəyəri 30 milyon avrodan ibarətdir.
Oxu.Az xəbər verir ki, bu barədə “El Pais” yazır.
Nəşrin mənbələrinin məlumatına görə, irland rəssamın əsərləri keçən ilin iyun ayında oğurlanıb, araşdırma aparılır. Mənbələr, həmçinin əsərlərin sahibinin 1992-ci ildə Madriddə vəfat edən rəssamın dostu olan 59 yaşlı kişidir.
Ekspertlər öz növbəsində qeyd ediblər ki, oğruların əlində hansı şəkillərin olmasından asılı olmayaraq, onları satmaq çox çətin olacaq.
Hüquq-mühafizə orqanları əməkdaşlarının məlumatına görə, oğurlanan əsərlə ölkə sərhədlərindən çıxmayıb.