Limonlu keks

Limonlu keks

Ərzaqlar:
Limon – 3 ədəd
Şəkər tozu – 250 qr.
Kərə yağı – 125 qr.
Yumurta sarısı – 1 ədəd
Yumurta – 2 ədəd
Un – 170 qr.
Qabartma tozu – 0,5 ç.q.
Duz – bir çimdik
Qarğıdalı nişastası – 25 qr.
Qaymaq – 60 qr.
Şəkər kirşanı – 50 qr.
Süd – 60 ml.
Bitki yağı – 30 ml.

Hazırlanması:
Limonlardan başlayaq: ikisinin də qabığını sürtgəcdən keçiririk, suyunu isə sıxırıq.
Dərin bir qabda şəkər tozu ilə otaq temperaturunda olan kərə yağını mikserdə çalırsınız, təxminən 5 dəqiqə. Limon qabığını və şirəsini, bitki yağını (iysiz olmalıdır) da əlavə edirsiniz və yenə çalırsınız. Yumurtaları da tökürsüz və qarışdırırsınız.
Ayrı bir qabda isə quru ərzaqları – un, duz, qabartma tozu və qarğıdalı nişastası qarışdırılır. Sonra onu hissə-hissə mikserdə çaldığınız kütlənin üzərinə əlavə edirsiniz, südü də tökürsüz. Qaldı bircə qaymaq. Onu da ayrıca bir qabda mikserin ən maksimal dərəcəsində çalırsınız. Sonra xəmirin üzərinə tökürsüz. Bu dəfə mikserlə deyil, qaşıqla qarışdırırsınız. Yağlanmış formaya tökürsüz və 175 dərəcədə 40 dəqiqə bişirirsiniz. Üzəri qızardısa, içini də kibrit çöpü ilə yoxlayın. Qurudursa, demək, keks hazırdır!
Soyuyandan sonra üzərinə şokolad əridib tökə və ya sadəcə şəkər kirşanı səpə bilərsiniz. Nuş olsun!

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər