Kəsmikli batonlar.

Kəsmikli batonlar.

Ərzaqlar:

Kəsmik – 350 qr.
Şəkər tozu – 2 x.q.
Un – 3 x.q.
Yumurta – 1 ədəd
Xama – 1 x.q.
Duz – bir çimdik
Qabartma tozu– 0,5 ç.q.
Vanilin – yarım paket
Bitki yağı – qızartmaq üçün
Şəkər kirşanı – üstü üçün

Hazırlanması: Kəsmik əzilir, üzərinə yumurta, xama, şəkər tozu, duz, qabartma, un, vanilin tökülür, qarışdırılır, xəmir hazırlanır.
Alınan kəsmikli kütlədən kündələr qoparılır, uzun və nazik formada yayılır. Baton və ya boru formasında kəsirsiniz. Hər 4 tərəfini qızılı rəng olana kimi tavada yağda qızardırsız. Hazır batonların üzərinə şəkər kirşanı səpib, süfrəyə verirsiz. Nuş olsun!

Mənbə: Sufrem. az

Bu kateqoriya üzrə digər xəbərlər