Ərzaqlar:
Kök – 3 ədəd
Yumurta – 3 ədəd
Qatıq – 1 st.
Un – 1 st.
Banan – 2 ədəd
Bal – 4 x.q.
Soda – 0,5 ç.q.
Hazırlanması:
Sodanı qatığın içinə töküb qarışdırırıq və 15 dəqiqə bir kənarda saxlayırıq.
Yumurtaları balla çalırıq, üzərinə sürtgəcin ən kiçik gözündən keçirilmiş kökləri tökürük.
Bananları çəngəllə əzib, köklü kütlənin üzərinə tökürük, qatıqlı sodanı da bura əlavə edirik. Ən sonda un tökülür və qarışdırılır. Xəmir yağlanmış formaya tökülür və 170 dərəcədə 40-50 dəqiqə bişirilir.
Bu reseptlə hazırlanan kök piroqu ətirli, yumşaq və çox dadlı alınacaq. Nuş olsun!
Mənbə: Sufrem.az