Ərzaqlar:
Bişmiş yumurta – 4 ədəd
Qırmızı soğan – yarım dənə
Yaşıl kərəviz – 100 qr.
Mayonez – 3 x.q.
Limon şirəsi – 1 x.q.
Duz- zövqə görə
Hazırlanması:
Yumurta və kərəviz orta xırdalıqda doğranılıb qarışdırılır. Ayrıca qabda mayonez, limon suyu, çox xırda doğranmış soğan və duz qarışdırılır. Alınmış qarışığı salatın üzərinə əlavə edirsiz. Soyuducuda azı 1 saat qalmalıdır. Salatı sendviç kimi çörək arası qoyub səhər yeməyində süfrəyə vermək olar. Nuş olsun!
Mənbə: Sufrem.az