Kəklik yuvası salatı

Kəklik yuvası salatı

Qırmızı soğan – 1 baş
Təzə xiyar – 3 ədəd
Duzlu xiyar – 3 ədəd
Hinduşka filesi (duzlu suda bişirilmiş) – 1 kq.
5 yumurtanın ağı (Bişmiş)
Kartof – 7 ədəd
Yaşıl soğan – 1 dəstə
Şüyüd – 1 dəstə
Cəfəri – 1 dəstə
Bildirçin yumurtası (bişmiş) – 15 ədəd
Günəbaxan yağı – 100 ml.
Mayonez – 150 qr.
Xama – 150 qr.
Duz, istiot – zövqə görə

Hazırlanması:

Qırmızı baş soğan xırdalanır. Təzə xiyar uzunsov, duzlu xiyarsa kub formasında doğranılır. Bişmiş yumurta ağlarını sürtgəcdən keçiririk. Göyərtilər xırdalanır. Duzlu suda bişirilmiş hinduşka filesi də uzunsov doğranılır. Bütün ərzaqlar yaxşıca qarışdırılır, duz istiotu, mayonez və xaması vurulur, hələlik soyuducuya qoyulur.

İndi kartofların qabığını soyuruq, nazik-nazik fri kimi doğrayırıq. Duzlu suda yaxşıca yuduqdan sonra dəsmalın üzərinə səririk ki, qurusun. Bol yağda tavada qızardırıq. Çalışmaq lazımdır ki, kartoflar sınmasın, əzilməsin. İsti kartofları yenə kağız dəsmalın üzərinə qoyuruq ki, yağı hopsun.
Salatı hazır etməyin vaxtdır: soyuducudakı salatı istədiyimiz formanın, boşqabın içinə qoyuruq.Üzərinə xırdalanmış göyərti səpirik və qızardılmış friləri yanında düzürük. Tən ortasına da bişmiş soyulmuş bildirçin yumurtaları qoyuruq.
Beləliklə, dadlı və gözəl KƏKLİK YUVASI salatımız hazırdır. Nuş olsun!

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər