Tərkibi: un, duz, maya, su. İçlik üçün: Pendir, kəsmik, istəyə uyğun göyərtilər, duz/istiot. Hazırlanması: Una duz, maya, su əlavə edilib, xəmir yoğrulur ve mayalanmağa qoyulur. Pendir xırdalanır, kəsmik əlavə edilir. Göyərtilər xırda doğranılır, bir yerdə qarışdırılır. Pendir duzlu olarsa, duz vurmayın. Xəmir mayalandıqdan sonra, kiçik hissələrə ayrılır və əl ilə yayılır. Ortasına içlik qoyulub bükülür. Əllə yayılır. Hər iki üzü qızardılır.