Tərkibi: 2 ədəd kartof, bir az cəfəri, qara istiot, duz, pul bibər, kərəyağı, 1 kasa qatıq, 2 diş sarımsaq. Hazırlanması: Kartofu suda bişirib sonra əzin. Üzərinə ədviyyatları, doğranmış cəfərini, duzu əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra yumrulayıb kiçik toplar düzəldin. Kartof toplarının üzərinə sarımsaqlı qatıq və yağda qızdırılmış pul bibər tökün.