Karmen salatı

Karmen salatı

Ərzaqlar:

Toyuq filesi – 150 qr.
Vetçina – 150 qr.
Təzə pomidor – 250 qr.
Mayonez – 200 qr.
Acika – 2 x.q.
Sarımsaq – 3 diş
Qızartmaq üçün bitki yağı
Suxarı – 100 qr. və ya çörək

Hazırlanması: Toyuq filesi, pomidor, vetçina, çörək  – hamısı bir ölçüdə uzun, nazik doğranılır. Filelər yağ tökülmüş tavada qızardılır, sonda duzlanır. Sonra vetçina çəhrayı rəng olana kimi qızardılır.
Salat üçün ya hazır duzlu, ədviyyatlı suxarilərdən istifadə edin, ya da çörəyi doğrayıb, listə düzürük, duzlayırıq, üzərinə azca yağ gəzdiririk və 250 dərəcədə qızardırıq.
Salat üçün mayonez, acika, əzilmiş sarımsaq qarışdırılır. Qızardılmış toyuq filesi boşqabın dibinə düzülür, üstündən pomidor, qızarmış vetçina və bu mayonezli qarışıq süzülür, yenə pomidor dilimləri, suxarılar düzülür. Salatımız hazır! Nuş olsun!

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər