Karamel rəvani

Karamel rəvani

Tərkibi:
3 ədəd yumurta,
1 su stəkanı şəkərtozu,
1 su stəkanı qatıq,
3 su stəkanı manna yarması,
1,5 su stəkanı un,
1 paket vanil,
1 paket qabartma tozu,
Yarım su stəkanı duru yağ

Şərbəti üçün:
3 su stəkanı su,
3 su stəkanı şəkər,
1 ədəd limon suyu.

Hazırlanması:
Süd ilə yarmanı bir qabda qarışdırıb kənara alın. Bir başqa dərin qabda yumurta ilə şəkərtozunu köpüklənənə qədər çırpın. Sonra duru yağı əlavə edin. Çırpmağa davam edərək qatığını, ununu, qabartma tozu və vanilini əlavə edin. Ən son südlü yarma qarışığını da əlavə edərək son dəfə çırpın. Bir soba qabına tökərək 175 dərəcə sobada üstü qızarana qədər bişirin. Şərbəti üçün isə şəkərtozunu bir qazana tökün və qatılaşana qədər qarışdırın. Sonra diqqətlə suyunu əlavə edin və tamamilə hell olana qədər qaynadın. Ən son limonunu tökün. İlıq xəmirə soyuq şərbəti tökün. Artıq karamel rəvaniniz hazırdır.

Mənə: Dadlı.az

Bu kateqoriya üzrə digər xəbərlər