İtaliyanın oyunu azərbaycanlı hakimə tapşırıldı

İtaliyanın oyunu azərbaycanlı hakimə tapşırıldı

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində oktyabrın 13-də Viçenza şəhərindəki Romeo Menti stadionunda keçiriləcək İtaliya - İrlandiya oyununu FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Sonxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaqlar. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Bu kateqoriya üzrə digər xəbərlər