"iPhone" işlədənlər üçün 10 sirr - FOTOLARLA

Hər birimiz telefon istifadə edirik. İstifadəni sürətləndirib, zaman udmaq üçün bəzi qısayolları bilmək lazım olur. Sizin üçün Iphone istifadəsini asanlaşdıracaq kiçik, amma lazımlı məlumatları paylaşırıq.

1. Qulaqlığınızın üstündəki “+” səs artırma kliki ilə şəkil çəkmək mümkündür.

ip1

2. Dinlədiyiniz musiqiləri qulaqlıq vasitəsilə idarə edə bilərsiniz. Qulaqlığın orta klikinə 1 dəfə klikləməklə musiqini dayandıra/davam edə, 2 dəfə ilə sonrakı musiqiyə, 3 dəfə klikləməklə isə daha əvvəlki musiqiyə geri qayıda bilərsiniz. 

ip7

3. Kompas proqramının içinə səthin hamarlılıq dərəcəsini ölçən tətbiqetmə də əlavə edilib. Bunun üçün Kompası aktivləşdirib, ekranı sağa sürüşdürmək lazımdır.

ip2

4. Hər hansı proqram aktiv olarkən, ən üstə kliklədikdə ekranın ən üst hissəsinə qayıtmaq mümkündür.

ip3

5. Gecə daha rahat istifadə üçün rəng sistemini dəyişdirin. Bunun üçün  Settings-General Settings-Accessibility-İnvert Colors komandasını tətbiq edin.

ip4

 

6. Yazı yazarkən 2-dəfə kliklədikdə telefon cümlənin sonuna nöqtə və boşluq qoyub, böyük hərflə yeni cümləyə başlayır.

ip6

 

7. Telefon enerji yığdığı müddətdə uçuş rejimini aktiv etsəniz, 2 qat daha sürətli enerji yığa bilər.

ip11

8. Telefonun enerjisi çox getməsin deyə arxa plandakı proqramların yenilənməsini dayandıra bilərsiniz. Bunun üçün lazımlı komanda: Settings-General Settings-Background App Refresh

ip9

9. Saat ilə musiqini dayandıra bilərsiniz. Bunun üçün Taymer istifadə edərək bitiş anına “Stop Playing” əlavə etmək kifayət edəcək.

ip10

10. Hesablayıcıda səhv yazdığınız məlumatı soldan-sağa sürüşdürərək silə bilərsiniz.

ip12

 

 

Bu kateqoriya üzrə digər xəbərlər