Niyə ən yaxşı ideyalar duş qəbul edərkən ağıla gəlir?

Niyə ən yaxşı ideyalar duş qəbul edərkən ağıla gəlir?

İnsanların əksəriyyəti duş qəbul edərkən sadəcə təmizlənmir, eyni zamanda da onların ən yaxşı fikirləri ortaya çıxır. Bəli, duş qəbul etdiyiniz anlar ən kreativ olduğunuz zamanlardır. Alimlər isə artıq bunun səbəbini beynimizin gördüyü işə verdiyi cavabla əlaqəli olduğunu deyə bilir. Təbii ki, suyun da önəmli rolu olduğunu əlavə etmək lazımdır.

Duşda olmaq hər gün etdiyimiz rutin bir işdir. Araşdırmalara görə, insanlar mütəmadi etdiyi, rutin halına gətirdiyi işlər əsnasında daha yaradıcı ola bilir. Bu tipli işlərə nümunə olaraq, balıq tutmaq, məşq etmək və duş qəbul etməyi göstərə bilərik. Bu cür vərdiş və rutin işlər beynimizi yormadığı üçün beynimizin fərqli şeylər barədə düşünməsinə imkan yaratmış olur. Fiziki rahatlıq da bu yaradıcılığa təkan verən əlavə faktor rolunu oynayır.

Bu tip məşğuliyyətlər sayəsində daima ağlınızda olan fikirlər barədə daha ətraflı və yaradıcı düşünə bilirsiniz. Məsələn, vaxtında çatdırmalı olduğunuz bir iş barədə düşünün. Beyniniz tamamilə bu vəzifəyə fokuslanacağı üçün, özünüzdən yaradıcı olmağı gözləməyiniz məntiqli deyil. Ancaq rutin halına gələn və sizi yormayan işlərdə gördüyünüz işə elə də çox fokuslanmağa ehiyac qalmır.

Yerlə təmas və bunun beynimizə təsiri
Gün ərzində ayaqqabı geyindiyimiz üçün yerlə hər hansı formada əlaqəmiz olmur. Ancaq duşda olarkən ayaqlar çılpaq olduğu üçün müxtəlif formada yerlə təmasda olurlar. Bu təmas sayəsində də yerlə əlaqə yaratmış oluruq.

Tədqiqatlara əsasən, beynin sol qismi yerlə təmas sayəsində daha yaxşı işləyir və stress azalmış olur. Gün ərzində bir neçə dəfə yerlə təmasda olan insanlar daha rahat yatırlar. Beynin sol qisminin rahat işləməsi, sağ tərəfin daha güclü və yaradıcı fikirlər ortaya çıxarmasına səbəb olur.

Beyin bizim düşündüyümüzdən daha fərqli işləyir!
Hər nə qədər qəribə səslənsə də, beynin ən güclü performansı bir məsələyə fokuslandığı an baş vermir. Araşdırmalara görə, biz heç nə etmədiyiniz anlarda beyin daha yaxşı işləyir. Bütün bunlar da yuxarıdakı sualın cavabını vermiş olur.

pahoo.az

Bu kateqoriya üzrə digər xəbərlər