Siyahılar bizə çətin işləri daha xırda hissələrə ayıraraq, proqresimizi izləməyə imkan yaradır. Bu siyahılar bizə işlərimizi unutmamağa, günümüzü düzgün təşkil etməyə kömək edir. Məhz bu səbəblərdən də bu cür listlərin tutulması olduqca faydalıdır. Sizə tutmalı olduğunuz 7 siyahını təqdim edirik:
1. Kreativ ideyalar
Yaradıcılıq spontan bir şeydir, onu hər hansı bir çərçivəyə salaraq, qaydalar tətbiq etmək çətin məsələdir. Buna görə də ağlınıza gələn dəyərli ideyaları, qeyri-adi fikirləri bir qeyd dəftərçəsinə yazaraq, sizə lazım olan vaxt istifadə edə bilərsiniz.
2. Oxumalı olduğunuz kitablar
Hər dəfə bir kitabı oxuduqdan sonra, növbəti kitabı seçməkdə çətinlik çəkirsinizsə, bunun üçün xüsusi siyahı hazırlamağın vaxtı çatıb. Dostlarınızın məsləhət gördüyü, bloqlarda haqqında oxuduğunuz bütün kitabları bu siyahıya əlavə edə bilərsiniz. Həm də bu siyahının köməyilə oxuduğunuz kitabların sayına da nəzarət etmiş olursunuz.
3. Maraqlı hadisələr
Ən dəhşətlisi odur ki, siz həyatınızda baş vermiş maraqlı hadisələri, getdiyiniz yerləri bir qeyd dəftərçəsinə yazmaq qərarına gəlirsiniz, lakin yazmağa bir şey tapmırsınız. Bu da sizin bütün həyatınızı bir daha nəzərdən keçirməyiniz üçün tutarlı səbəb ola bilər. Bu siyahını məqsədyönlü şəkildə gözəl xatirələrlə doldura bilərsiniz.
4. Görməli olduğunuz işlər
Hə, bu darıxdırıcı və banaldır, lakin siyahıdan çıxarmaq mümkün deyil. Bu siyahı sizə gündəlik işlərinizin öhdəsindən daha asan gəlməyə kömək edəcək, hər şeyi çatdırmağınıza və gecikməməyinizə səbəb olacaq. Həm də günün sonunda tamamladığınız işlərin üzərindən xətt çəkmək sizə həzz verəcək!
5. Baxmalı olduğunuz filmlər
Kitablarda olduğu kimi. Hal-hazırda o qədər yeni film buraxılır ki, hər boş filmə vaxt itirmək də istəmirik. Yaxşı düşünülmüş film siyahısı sizə həzz verməklə yanaşı, həm də boş vaxt itkisindən xilas olmağa kömək edəcək.
6. Arzularınızın sihayısı
Arzu böhranı – bu zarafat deyil. Əgər siz bir gün kainatın cansıxıcılığını hiss edir və artıq heç nə istəmirsinizsə, deməli vəziyyət gərgindir. Öz arzularınızı sevməli, qorumalı və böyütməlisiniz. Onların daha yaxşı böyümələri üçün isə, xüsusi siyahıya yazmaq və saylarını dayanmadan artırmaq lazımdır.
7. Antisiyahı
Hamı öyrəşib ki, siyahıya ancaq bitirməli olduğu işləri yazmalıdır. Lakin bəzi hallarda, heç bir halda etməli olmadığınız şeyləri yazmaq da faydalı ola bilər. Məsələn, çox içmək, yenidən siqaret çəkməyə başlamaq, zərərli vərdişlər qazanmaq, televizorun qarşısında saatlar keçirmək, yalan danışmaq və s. Bu qara siyahıda olan şeylərdən heç birini etməyərək gün keçirmisənsə, deməli düzgün istiqamətdə hərəkət edirsən.
pahoo.az