NASA: "Yadplanetlilərlə tanışlığımıza çox az qalıb"

NASA:

Milli Aeronavtika və Kosmos İdarəsi olan NASA, yadplanetlilərlə tanışlığın yaxın 10 il ərzində mümkün olacağını açıqlayıb.

İndiyə qədər dünyanın bir çox bölgəsində bir çox insan, yadplanetliləri gördüyünü iddia etsə də, onların varlığı rəsmi olaraq açıqlanmayıb. Əslində dünyanın böyük bir əksəriyyəti də yadplanetlilərin varlığına inanmır. Ancaq NASA yadplanetlilərin varlığına və onlarla yaxın 10 il ərzində əlaqə yaradacaqlarına inanır. NASA-nın alimlərindən Ellen Stofan, gələcək 10 il içində dünya xaricində həyat olduğuna dair güclü məlumatlar əldə edəcəklərinə inandığını deyib. Digər NASA alimləri isə artıq digər planetlərdə həyatın var olub-olmadığını müzakirə etmədiklərini deyiblər. Onları artıq yeni yaşamın nə vaxt tapılacağı maraqlandırır. (bizimyol.info)

Bu kateqoriya üzrə digər xəbərlər