Günəbaxan tumu ilə qarğıdalı çörəyi

Günəbaxan tumu ilə qarğıdalı çörəyi

Tərkibi:
160 q əla və ya birinci növ buğda unu
160 q qarğıdalı unu
3 x.q. şəkər tozu
1 ç.q. soda
1 ç.q. duz
1/4 ç.q. qara üyüdülmüş istiot
350 ml qatıq
2 yumurta
120 q pendir
50 q kərə yağı
100 q təmizlənmiş günəbaxan tumu

Hazırlanması:
Buğda və qarğıdalı unu, duz, soda, şəkər tozu və istiotu bir qabda qarışdırın.

Ortasında çuxur açın, yumurtaları içinə çalın, qatıq tökün, yaxşıca yoğurun.

Sürtgəcdən keçirilmiş pendir və günəbaxan tumlarını əlavə edib yenə qarışdırın.

Yağı siniyə qoyun (26 sm diametrli), 180 dərəcə qızdırılmış sobaya qoyun. Yağ əridikdən sonra çıxarın, içinə xəmiri qoyun, əlinizlə yayıb hamarlayın, sobaya qoyun. 25-30 dəqiqə bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.

Sobadan çıxarandan sonra 15 dəqiqə sininin içində saxlayın, sonra doğrayın.

Süfrəyə isti-isti, ya da tam soyuyandan sonra verə bilərsiniz.

Nuş olsun!

Mənbə:  Dadli.az

Bu kateqoriya üzrə digər xəbərlər