Göbələkli klassik jülyen

Göbələkli klassik jülyen

Ərzaqlar:

Göbələk – 100 qr.
Soğan – 2 baş
Un – 1 ç.q.
Kərə yağı – 2 x.q.
Qaymaq – 50 qr.
Holland pendiri – 50 qr.
Duz – zövqə görə
İstiot – zövqə görə

Hazırlanması:

Soğanı xırda-xırda, göbələyi isə yarımhalqa şəklində doğrayırıq. Duz-istiot vurub, kərə yağı əlavə edilmiş tavada 10 dəqiqə qızardırıq. Unu da əlavə edib yaxşıca qarışdırırıq, oddan götürürük.

Həmin tərəvəzləri sobanın tavasına və ya istədiyimiz hər hansı bir formalara tökürük, üzərinə qaymağı gəzdiririk. Sürtgəcdən keçirilmiş holland pendirini də səpirik və 180 dərəcədə 20-25 dəqiqə bişiririk.

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər