İspanaqlı çörək

İspanaqlı çörək

Ərzaqlar:

İspanaq – 350 qr.
Un – 300 qr.
Qabartma tozu – 15 qr.
Kərə yağı – 50 qr.
Qırmızı soğan – 1 ədəd
Yumurta –3 ədəd
Paprika – 1 ç.q.
Şəkər – 1 ç.q.
Süd – 100 ml.
Zeytun – 50 qr.
Zeytun yağı
Duz, istiot
Xama – 50 qr.
Sarımsaq – 1 diş
Nanə, şüyüd

Hazırlanması: İspanaq soyuq su ilə yuyulur, elə nəm-nəm doğranılır. Tava isidilir, kərə yağı əridilir, ispanaq burda pörtlədilir, duz, istiot səpilib, 2-3 dəqiqə qovrulur. Sonra blenderdən keçirilir.
Qırmızı soğan kub formasında xırdalanır, kərə yağında qızardılır.
Xəmir hazırlanır: qabda ələnmiş un, qabartma tozu qarışdırılır. Bura un, duz, istiot, paprika, şəkər qatıb, süd əlavə olunur, qarışdırılır. Sonra blenderdən keçirdiyiniz ispanaq da qatılıb, çəngəllə çalmaqla xəmir hazırlanır. Bura soğan, doğranmış zeytun qatılıb qarışdırılır. Soba üçün forma yağlanır, xəmir hündür çörək formasında qoyulur, 190 dərəcədə 30 dəqiqə bişirilir.
Bu çörəyin yanında vermək üçün xüsusi sous olmalıdır. Bunun üçün sarımsaq xırdalanır, şüyüd, nanə, təzə ispanaq narın doğranılır, qabda qarışdırılır, duz, istiot, paprika səpilir, qatı xama qatılır və qarışdırılır. Sous hazırdır. Hazır çörək sobadan çıxarılır, soyudulur, tam soyuduqdan sonra dilimlənir, yanında sousla süfrəyə verilir. Nuş olsun!

Mənbə: Sufrem.az

Bu kateqoriya üzrə digər xəbərlər