Tərkibi: 400 qram mayalı xəmir, 5 baş soğan, 125 qram kəsmik, 125 qram xama, 2 ədəd yumurta, 100 qram göyərti, duz, 3 xörək qaşığı bitki yağı, qara istiot.
Hazırlanması: Soğanı doğrayıb kərə yağında şəffaflaşana qədər qovurun. Kəsmiyi çəngəllə əzin, sonra xama və yumurta ilə çalın. Duz, istiot vurun, qovrulmuş soğanla qarışdırın. Xəmiri yayın, siniyə döşəyin, kənarlarını qaldırın. İçi bərabər qaydada xəmirin üstünə yayın. Üzərinə doğranmış göyərti səpin. 180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.