Yumurta 3 ədəd
Maskarpone pendiri 250 qr
Yağlılığı yüksək dərəcədə olan qaymaq 200 qr
Şəkər pudrası 200 qr
Suda həll olan qəhvə 2 paket
Tiramisu üçün peçenye 2 paketdə 10 ədəd
Yumurtanın ağını sarısından ayırmaq vacibdir. Şəkər pudrasını yumurtanın sarısına əlavə edib, sonra isə maskarpone pendiri və qaymağı töküb, mikserlə qarışdırın. Bütün bunları qarışdırarkən köpüklənənə qədər heçnə əlavə etməyin. Daha sonra yumurtanın ağını, sarısı və pendir ilə qarışdırmaq olar.
Qaynar suda həll olunmuş qəhvənin soyumağını gözləyin, ardından peçenyeləri səliqə ilə qəhvəyə batıraraq, qaba yerləşdirin. Növbə ilə hər bir qatın üzərinə krem çəkin. 3-4 saat soyuducuda qaldıqdan sonra desertin üzərinə kakaonu səpib süfrəyə təqdim edin.
Mənbə: Sufrem.az