Ərzaqlar:
Su – 2 l.
Quru maya – 2 ç.q.
Şəkər tozu – 200 qr.
Limon turşusu – 1 ç.q.
Hazırlanması:
Üçlitrlik bankaya qaynanmış soyuq suyu tökürsünüz, quru maya və limon turşusunu da bankaya əlavə edirsiniz.
Bir tavada şəkər tozunu qəhvəyi olana kimi - təxminən 5 dəqiqə qovurursunuz. Oddan götürüb üzərinə bir qədər su töküb qarışdırırsınız və onu bankaya tökürsüz, yenə qarışdırırsınız. Bankanı 30 dəqiqə isti bir yerə qoyursunuz, daha sonra isə soyuducuda yaxşıca soyudursunuz. Nuş olsun!
Mənbə: Sufrem.az