Valehedici səyahət təcrübələri bizi hər zaman ruhlandırır və həyatı daha da rəngarəng edir. Pahoo.az hər bir səyahətçinin əlinə düşən ilk fürsətdə etməli olduğu 65 ideyadan ibarət siyahını sizlərə təqdim edir:
1.Afrikada dünyanın ən böyük şəlaləsi olan Viktoriyanın kənarında yerləşən Şeytan hovuzunda çimmək.
2.Niaqara şəlaləsindən sıçrayan suda islanmaq.
3.Romada Trevi Fəvvarəsinə qəpik atıb arzu tutmaq.
4. Norveçdə nəhən gPrekestulen adlanan uçurumun kənarında oturmaq.
5. Yeni Zelandiyada zorbinq adlanan əyləncəli idman növü ilə yaxından tanış olmaq.
6. Dünyanın bir ucu olan Ekvadorda yerləşən yelləncəkdə yellənmək.
7. Tokioda "Jiro" restoranında əsl suşini dadmaq.
8. İspaniyada xüsusi növ yosunların verdiyi görünüşdən çəhrayı rəngə boyanmış Laguna Salada de Torrevieja sahilini izləmək.
9. İtaliyanın Kapri adasındakı Mavi Mağarada üzmək.
10. Nyu-Yorkda Broadway müzikallarından birini izləmək.
11. Hindistanda Aşramı ziyarət etmək.
12. Parisdə Montmartr kafesində şərab içərək dincəlmək.
13. İsveçrədə Alp dağlarında xizək sürmək.
14. Çilidə Sakit okeanın sahilində yerləşən dünyanın ən böyük hovuzuna tullanmaq. San Alfonso del Mar adlı kurort zonasında yerləşən bu hovuzun ərazisi 8 hektar, dərinliyi 35 metrdir və 250 min kub metr suyu əhatə edir.
15. Londonda keşikçinin növbə dəyişməsini izləmək.
16. Sidneydə operaya getmək.
17. İslandiyanın Hot spring termal sularına girmək.
18. Nyu-Yorkda Bruklin körpüsündə gəzişmək.
19. Çikaqoda Wills Tower şüşə balkonlu göydələnində olmaq.
20. Sahara səhrasını gəzərək kəşf etmək.
21 .Maldiv adalarında sualtı restoranların birində nahar etmək.
22. Türkiyədə isti hava şarları ilə gəzintiyə çıxmaq.
23. Rusiyada Transsibir dəmir yolu ilə səfər etmək.
24. Sankt-Peterburda dama çıxaraq nəfəskəsən mənzərədən həzz almaq.
25. Amazon çayında çəhrayı delfinlərlə üzmək.
26. İngiltərədə Stounhenci - qədim abidəni ziyarət etmək.
27. Şotlandiyanın Sky adasında yerləşən Pəri Hovuzunu görmək.
28. İsraildə Ölü dənizdə üzmək.
29. Hindistanda xına tatusu etdirmək.
30. Tailandda uçan fanarlar festivalında iştirak etmək.
31. Disneylandda Cinderealla qalasındakı atəşfəşanlıqdan zövq almaq.
32. Qış mövsümündə Baykal gölündə yaranan möcüzəyə şahid olmaq.
33. Meksikada balinaları oxşamaq.
34. Braziliya karnavalında iştirak etmək.
35. Böyük Çin Səddində gəzintiyə çıxmaq.
36. Bora-borada su üzərində salınan taxta evlərin birində qalmaq.
37. Laosda Mekonq çayı axını ilə üzmək.
38. Amsterdamı velosiped ilə gəzib dolaşmaq.
39. Yaponiyada qlisiniyalardan ibarət tuneldən keçmək.
40. Parisdə Eyfel qülləsinin zirvəsinə qalxmaq.
41. Boliviyada Salar de Uyuni duz gölündə öz əksini izləmək. Yağışlı mövsümdə suyun üzündə nazik qat əmələ gəlir ki, bu da nəhəng bir güzgünü xatırladır.
42. Havay adalarında vulkan üzərində vertolyotla uçmaq.
43. Yaponiyada Kyoto küçələrində geyşa libası geyinib gəzmək.
44. Norveçin şimal səmalarındakı parıltıdan həzz almaq.
45. Nepalda fil “duşu” qəbul etmək.
46. Dublində Guinnes pivə zavodunda irland pivəsi içmək.
47. ABŞ-da Böyük Kanyona dırmaşmaq.
48. Neapolda dünyanın ən dadlı pizzasından yemək.
49. Londonda bir fincan ənənəvi çay içmək.
50. Finlandiyada eskimo daxmaları şəklində olan şüşə oteldə gecələmək.
51. Yunanıstanın Santorini adasında gün batışını seyr etmək.
52. Las-Veqasda “Black-Jack” oynamaq.
53. Thailandda Çianq-Mayda şirləri sığallamaq.
54. Baham adalarında köpək balıqları ilə birgə üzmək.
55. Dubayda paraşütlə tullanmaq.
56. Finlandiyada “real” Şaxta Babanı görmək.
57. Venesiya sularında qayıqla üzmək.
58. Almaniyada “Oktoberfest”də pivə içmək.
58. Peruda Paçu-Piçkuya dırmaşmaq.
60. Londonda telefon budkasından zəng etmək.
61. Monakoda Gran-Pri izləmək.
62. İndoneziyada Pura Lempuyang məbədini ziyarət etməklə, necə deyərlər, səmanın qapısını düymək.
63. Yeni Zelandiyada “bungee jumping” idman nüvünü sınamaq.
64.Toskanada sıfırdan makaron düzəlişini seyr etmək.
65. Kosta-Rikada "sloth" adlanan canlı növünü qucaqlamaq.