Ərzaqlar:
Ağ çörək və ya lavaş
Kərə yağı – 120 qr.
Alma
Darçın
Şəkər tozu – zövqə görə
Hazırlanması:
Əgər çörək dilimlərindən istifadə edəcəksinizsə, o zaman onun kənarlarını kəsirsiniz. Yox, lavaş istəyirsinizsə, onları sadəcə üçbucaq formada doğrayın. Çörəyin içini – ağ hissəsini oxlovla yayın.
İçliyi hazırlayaq: almanı xırda dilimlərə bölürsünüz. Şəkər, darçınla qarışdırırsınız. Kərə yağını da əridirsiniz. İçliyi yaydığımız çörək diliminin içinə qoyuruq. Ruleti bükürük və ərinmiş kərə yağında fırladırıq. Sonra şəkərli – darçınlı qarışığa batırırıq. Zövdən asılı olaraq, bu qarışığı qoz ləpəsinin ovuntusu ilə də əvəz edə bilərik.
Ruletləri folqa sərilmiş tavaya düzürük və 180 dərəcədə 15 dəqiqə qızardırıq. Onları süfrəyə isti-isti vermək lazımdır. Xüsusilə də südlü kakaonun yanında səhər yeməyi kimi əla gedir.
Nuş olsun!
Mənbə: Sufrem.az