İçli küftə

İçli küftə

Tərkibi:
200 qram qiymə
1 baş soğan
Duru yağ
Duz, istiot, qırmızı istiot

Xəmirinə lazım olanlar:
1 stəkan küftəlik bulqur - narın buğda
1 stəkan manna yarması
Un
Su
Duz

Hazırlanması:
Manna ilə bulquru şişməsi üçün bir az suda saxlayın. Şişib xəmir halını alana qədər əti soğanla yağda qovurub içinə duz, istiot əlavə edin. Daha sonra şişmiş bulqur-manna qarışığına çörək xəmiri halına gəlməsi üçün bir az un tökün. Kündələr halına gətirib içini açın və soğanlı qiyməni qoyub ağzını bağlayın. Bir az saxlayın, sonra qaynayan duzlu suda bişməyə qoyun.

Su çəkilənə qədər bişirin, amma qızarmağa qoymayın. Sonra da götürüb isti-isti servis edin. Biri doymaq üçün bəs edir. Doyumlu və ləzzətlidir.

Nuş olsun!

Mənbə: Dadlı.az 

Bu kateqoriya üzrə digər xəbərlər