Gözlənildiyi kimi, Aleşandro Pato karyerasını Premyer Liqada davam etdirəcək.
"Korintians"ın futbolçusu yanvarın 29-da Londona gəlib tibbi müayinədən keçdikdən sonra 6 aylıq icarə müqaviləsinə imza atıb.
Pato London klubunda 7 nömrəli formanı götürüb. Braziliyalı hücumçunun məvacibi həftədə 32 min funt olacaq.
"Arzum yerinə yetdi. Yeni komanda yoldaşlarımla görüşmək və onları yaxından tanımaq üçün səbirsizlənirəm. "Çelsi"yə təşəkkür edirəm. Kluba və azarkeşlərə göstərdikləri dəstəyin əvəzini verməyə ümid edirəm", - "sambaçı" təəssüratlarını bölüşərkən qeyd edib.
goal.az