2 ədəd yumurta
1 su stəkanından
1 stəkandan az duru yağ
1 su stəkanı qatıq
1 yemək qaşığı sirkə
Yarım yemək qaşığı qabartma tozu
4 su stəkan un Yarım çay qaşığı duz
Şərbəti: 2.5 su stəkan su
3 su stəkanı şəkər
1çimdik duz
Bir neçə damcı limon suyu
Üzəri üçün:
1 su stəkan duru yağ
Yarım paket marqarin və ya kərəyağ
İçinə qoymaq üçün fıstıq
Xəmiri açmaq üçün: Nişasta
Hazırlanması: Yumşaq xəmir yoğurun. Ununu az az tökün, az gəlsə əlavə edin. Yumurta böyüklüyündə kündələr edin. 15, 20 dəqiqə saxlayın. Nişasta səpərək aça bildiyiniz qədər açın. Nazik olsun. Açılan xəmiri üstəgəl şəklində 4 yerə bölün. Hər parçanı sivri ucundan geniş tərəfinə doğru büzərək qatlayın.Kənarlarda qalan iki uc hissəni birləşdirin. Büzülən hissəyə fıstıq qoyub aşağıda qalan hissənin üzərinə örtün, tərs çevirib sobaya yerləşdirin. İlıq yağı üzərinə tökün, sobada 170 – 180 dərəcədə qızarana qədər bişirin. Paxlava soyuyanda, ilıq şərbəti üzərinə əlavə edin.
Mənbə: metbexdenxeberler.com