"Buz dövrü"nün beşinci hissəsi - TREYLER

“Blue Sky Studios” və “20th Century Fox” studiyaları məşhur “Buz dövrü” filminin 5-ci hissəsinin yeni treylerini yayımlayıb.

“Toqquşma qaçılmazdır” adlanan filmdə hadisələr bu dəfə kosmosda baş verir.
 
Belə ki, Skret fındıqdan ötrü bu dəfə kosmosa yola düşür. Orada isə təsadüfən “Böyük partlayış”ın səbəbkarı olur. Yer kürəsinə meteroitlər düşməyə başlayır və Menni, Sid, Dieqo, eləcə də digər qəhrəmanlar özlərinə yeni sığınacaq axtarmağa başlayırlar. Hadisələrin nə ilə nəticələnəciyini isə gələn ilin iyulunda film nümayişə hazır olduqdan sonra bilmək olacaq.
 
Qeyd edək ki, filmin yeni hissəsinin rejissorları Mayk Termayer və Qalen Çudur.

(axsam.az)

Bu kateqoriya üzrə digər xəbərlər