Burun tutulması ürəyə hansı problemi yaradır?

Burun tutulması ürəyə hansı problemi yaradır?

Burun tıxanıqlığı yuxu problemi və yorğunluq kimi ciddi problemlərə səbəb olur. Uzun müddətdə isə ürək böyüməsinə yol aça bilir.

Burun tıxanıqlığı bir çox hallarda ciddiyə alınmır və müvəqqəti yollarla həll olunur. Ancaq mütəxəssislər burun tıxanıqlığının ürəyi yorduğunu deyir.

Burun tıxanıqlığı uzun müddət davam edərsə, ürəyin böyüməsinə səbəb olur. Bu problem təkbaşına bəzən isə xorultu və burun axıntısı kimi hallarla bir yaranır.

Əlamətlər
Xüsusən gecələr burundan nəfəs almamaq, ağzı açıq yatmaq, xoruldamaq, tez-tez yuxudan oyanma, səhərlər yorğunluq kimi problemləriniz varsa, mütləq həkimə gedin.

Nə vaxt əməliyyata ehtiyac duyulur?
Burun tıxanıqlığının səbəbi deviasyondursa, tək yol əməliyyatdır. Deviasyon sümük, qığırdaq qırılması və ya əyrilməsidir. Bu halda tək yol əməliyyatdır.

Xronik sinuzitdə ilk əvvəl dərman müalicəsi olur. Əgər sinuzitdə burun tıxanıqlığı problemi hələ də davam edərsə, əməliyyata ehtiyac yaranır.

Alergik soyuqdəymə, pis və ya xoş xassəli şişlərdə sprey ya fərqli dərmanlardan istifadə olunur.

Burnumuz niyə tutulur?
Deviasyon: Burnu ortadan ayıran və “septum” adlanan qığırdaq və sümükdən yaranan bu hissə,  yıxılma ya zərbələr nəticəsində sağa ya sola əyrilir.

Hormonal dəyişikliklər: Qadınlarda mensturasiya və hamiləliklə əlaqəli hormonal dəyişikliklər burun ətlərinin şişməsinə və tıxanıqlığa yol açır.

Böyük burun ətləri: Xalq arasında “artıq ət” olaraq bilinən bu problem burun tıxanıqlığına yol açır.

Burun içindəki düyünlər: Alergik soyuqdəymə xəstələrində rastlanan “polip” adlı düyünlər burnu tamamən tıxaya bilər. Burundakı xoş xassəli şişlər də burun tıxanıqlığı yaradır.

Alergik soyuqdəymə və infeksiyalar: Alergik soyuqdəyməsi olan insanlarda burun ətləri normadan daha böyük olur. 

Bu kateqoriya üzrə digər xəbərlər